İsrailin müdafiə naziri Yoav Qalant Qəzzanın tam mühasirəyə alınmasını əmr edib: qida və enerji təchizatı olmayacaq.
QHT.az xəbər verir ki, nazir bildirib ki, mən Qəzza zolağının tam mühasirəyə alınmasını əmr etdim: "Nə elektrik, nə yemək, nə yanacaq, hər şey bağlanacaq. Biz insan heyvanlarına qarşı mübarizə aparırıq və buna uyğun hərəkət edirik. Müharibə qaydaları dəyişib və İsrailin Qəzza zolağına cavabı o qədər güclü olacaq ki, bu, növbəti 50 il ərzində yadda qalacaq.
Bu gün İsrailin Qəzzada qarşıdan gələn quru əməliyyatı üçün 48 saat ərzində 300 minə yaxın ehtiyatda olan əsgəri səfərbər etdiyi məlum olub. Bu, İsrail tarixində belə qısa müddətdə ən böyük səfərbərlikdir. Son bir neçə saat ərzində sərhədyanı qəsəbələrdə İsrail əsgərləri ilə HƏMAS silahlıları arasında yalnız təcrid olunmuş toqquşmalar olub. Hazırda bu yaşayış məntəqələrində hərbi əməliyyatlar aparılmır.
Pərvanə Fərhadqızı












