Oktyabrın 9-da axşam saatlarında Ukraynanın qərbində  zəlzələ hiss olunub.

QHT.az xəbər verir ki, Lvov, Ternopil və Zakarpat vilayətlərinin sakinləri yeraltı təkanlar barədə məlumat veriblər. Zəlzələnin ocağı Slovakiya ərazisində, Ukrayna sərhədindən 60 kilometr aralıda, 10 kilometr dərinlikdə yerləşib. 

Zəlzələnin yüksək orta dərəcəli olduğu bildirilir. Bu zəlzələni Ukraynanın məskunlaşdığı ərazilərdə çoxlu insan hiss edib.

 

Pərvanə Fərhadqızı