İranın neft naziri Cavad Ovci ölkəsinin gələn il gündəlik neft hasilatını 4 milyon barrelə çatdırmağı hədəflədiyini bildirib. 

QHT.az xəbər verir ki, Ovci ölkəsinin neft hasilatı ilə bağlı məlumat verib. İranlı nazir “Gələn il gündəlik neft hasilatımızı 4 milyon barrelə çatdırmağa çalışırıq” deyib. Ölkəsinin 163 milyard barrel neft ehtiyatına malik olduğuna diqqət çəkən Ovci, hakimiyyətə gəldikdə neft hasilatının gündəlik 2 milyon 100 min barrel səviyyəsində olduğunu, bu gün isə 3 milyon 400 min barrelə yüksəldiyini bildirib. Prezident Donald Tramp 2018-ci ildə nüvə sazişindən çıxdıqdan sonra ABŞ İrana qarşı iqtisadi sanksiyaları artırıb və neft satışlarını məhdudlaşdırıb. 

 

Pərvanə Fərhadqızı