İsrail Nazirlər Kabineti HƏMAS ilə 50 girovun azad edilməsi və müvəqqəti atəşkəsin daxil olduğu sazişi təsdiqləyib.
QHT.az xəbər verir ki, 38 nazirin böyük əksəriyyəti atəşkəsi dəstəkləyib, lakin ifrat sağçı “Otzma Yehudit” və “Dini Sionizm” partiyalarının nümayəndələri hələ görüş başlamamışdan əvvəl buna qarşı çıxıblar. İsrail hökumətinin sözçüsü, razılaşmanın bir hissəsi olaraq, əksəriyyəti qadın və uşaq olan 50 yaşayan İsrail vətəndaşını azad etmək istədiklərini söylədi. Onlar qrup şəklində buraxılacaqlar - gündə 12-13 nəfər.
Bunun müqabilində İsrail ən azı dörd gün atəşi dayandıracaq, həmçinin fələstinli qadınları və azyaşlıları həbsdən azad edəcək və onların əsasən İordan çayının qərb sahilində və Şərqi Qüdsdə yerləşən evlərinə qayıtmasına icazə verəcək. KİV-in məlumatına görə, söhbət 150 nəfərin azad edilməsindən gedir. Eyni zamanda Fələstin muxtariyyətinin naziri “Əl Ərəbiyyə”yə bildirib ki, 350 azyaşlı və 82 qadın geri qaytarılmaq istəyir. Bundan əlavə, İsrail Qəzzaya əlavə yanacaq və əhəmiyyətli miqdarda humanitar yardımın göndərilməsinə razılıq verib.
Pərvanə Fərhadqız












