Ermənistanda əsirlikdə olan Azərbaycan əsgərləri Axundov Hüseyn Əhliman oğlu və Bəbirov Aqşin Qabil oğlunun beynəlxalq hüquq normalarına zidd olaraq 4 may 2023-cü il tarixli qanunsuz "məhkəmə" hökmü ilə uzun müddətə azadlıqdan məhrum edilmələrinə dair
B Ə Y A N A T I
Azərbaycan Ordusunun əsgərləri Axundov Hüseyn Əhliman oğlu və Bəbirov Aqşin Qabil oğlu 2023-cü il aprel ayında Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası istiqamətindən sərhəd zonasını azaraq Ermənistan ərazisinə keçmişdirlər. Ermənistan hüquq mühafizə orqanları azaraq sərhəddi keçmiş Azərbaycan Ordusunun əsgərlərini həbs edərək insanlığa sığmayan ağır işgəncə və zorakılıqlara məruz qoyublar. Bununla bağlı Ermənistan mediasında yayımlanmış kifayət qədər video, foto materiallar var.
Ermənistan Respublikası azaraq sərhəd zonasını keçmiş Azərbaycan Ordusunun əsgərlərini geri qaytarmaq əvəzinə, beynəlxalq hüquq norma və prinsiplərini kobudcasına pozaraq əsgərlərə qarşı qeyri-insani davranış nümayiş etdirmiş, onlar barəsində 4 may 2023-cü il tarixində “məhkəmə” quraraq uzun müddətə azadlıqdan məhrum etmişdir.
“İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” insan hüquqları təşkilatı olaraq hesab edirik ki, Ermənistan Respublikasının azaraq sərhəd zonasını keçmiş Azərbaycan Ordusunun əsgərlərinə qarşı belə qisasçı davranışı yolverilməzdir. Beynəlxalq təşkilatlar və xüsusəndə Beynəlxalq Qızıl Xaç Komitəsi əsgərlərin qanunsuz olaraq azadlıqdan məhrum edilmələrinə susmamalı, hərbçilərin geri qaytarılması ilə bağlı Ermənistana təyziqlər göstərməlidirlər.












