İsrailin ölkəmizdəki səfirliyi Azərbaycan xalqını 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.

 

QHT. az Axar.az-a istinadən  xəbər verir ki, bu barədə səfirlik X sosial şəbəkəsindəki hesabında paylaşım edib.

 

“31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hər birinizi təbrik edirik! Qoy bu yeni il hər birimiz üçün firavanlıq, əmin-amanlıq və sülh gətirsin! Bayramınız mübarək!”, - paylaşımda qeyd olunub.