Fələstinin radikal HƏMAS qruplaşması İsrailin atəşkəslə bağlı təkliflərini qəbul etməkdən imtina edib. Bu barədə Reuters agentliyi Qahirədən məlumat yayıb. HƏMAS ABŞ, AB və Böyük Britaniyada terror təşkilatları siyahısındadır.
QHT.az xəbər verir ki, Qahirədə öncədən elan edilən danışıqlarda HƏMAS və İsrail arasında razılaşmaların bağlanacağı gözlənilirdi. Atəşkəsin şərtləri iki əsas bənddən ibarət idi: keçən il oktyabrın 7-də HƏMAS-ın İsrail ərazisinə hücumu zamanı əsir götürülmüş girovların azad edilməsi müqabilində İsrail tərəfinin atəşkəs əldə etməsi.












