Bu heyrətamiz arxeoloji tapıntı çox yaxşı qorunub saxlanılıb. İsrail Qədim Əşyalar İdarəsinin direktoru Eli Escusido qılıncları "dramatik və həyəcanverici kəşf" adlandırıb.
QHT.az xəbər verir ki, İsrail arxeoloqları əvvəlcə qədim ivrit dilində yazısı olan stalaktiti öyrənmək üçün Eyn Gedi qoruğunun yaxınlığında yerləşən mağaraya gediblər. Sonra Ölü dənizin quru iqlimi səbəbindən mükəmməl şəkildə qorunmuş bu dörd Roma qılıncını tapıblar. Qədim qılınclar təxminən 1900 il əvvəl dərin yarıqda gizlədilib. Alimlər hesab edirlər ki, belə qılınclar Roma əsgərlərinin standart silahı olub və sonradan istifadə etmək üçün yəhudi üsyançıları tərəfindən anbarda gizlədilib.
Alimlərin təsvir etdiyi kimi, taxta qıfıllarda olan üç qılınc Roma spathalarıdır və eramızın 1-ci əsrindən 6-cı əsrə qədər bütün Roma İmperiyasında istifadə olunurdu. Dördüncü qılınc fərqli idi. O, daha qısadır və üzük çubuquna malikdir. Bu tapıntı həm də ona görə qiymətlidir ki, arxeologiyada dəmirdən hazırlanmış qədim silahların tapılması nadir hallarda baş verir, çünki bir qayda olaraq, silahlar zamanla ya əriyib, ya da sadəcə məhv edilib. Bununla belə, Yəhudi səhrasının quraq iqlimi qılıncları demək olar ki, mükəmməl şəkildə qoruyub saxlayırdı.
Qılınclar aşkar edildikdən sonra arxeoloqlar mağarada hərtərəfli qazıntı apararaq, 6000 il əvvələ aid digər artefaktlar, eləcə də Roma dövrünə - təxminən 2000 il əvvələ aid olan əşyaları üzə çıxarıblar. Bu ölkədə mütəmadi olaraq arxeoloji kəşflər baş verir.
Pərvanə Fərhadqızı












