7-8 sentyabr tarixlərində Heydər Əliyev Mərkəzində keçirilən “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfrans çərçivəsində ictimai birlik və təşkilatların sosial layihə və xidmətlərlə bağlı fəaliyyətlərini əks etdirən sərgi təşkil edilib.

QHT.az xəbər verir ki, konfrans Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyinin yaradılmasının 5 illiyi münasibətilə təşkil olunub.

Konfrans iştirakçıları sərgidə “Regional İnkişaf” İctimai Birliyinin sosial istiqamətlər üzrə gördüyü işlər, həyata keçirdiyi layihələrlə də tanış olublar.

 

Pərvanə Fərhadqızı