Qəzzada hər üçüncü yaşayış binası artıq zərər görüb. İsrail ordusu cümə günü hava hücumu zamanı Qəzza zolağında çoxmərtəbəli yaşayış binalarının bütün ərazisini dağıdıb.
QHT.az xəbər verir ki, pravoslav kilsəsinin binası da dağıdılıb. İsrail əsgərləri yüzlərlə xristian və müsəlmanın sığındığı Qəzza şəhərindəki Müqəddəs Porfiri kilsəsinə hücum edib. İnternetdə yayımlanan videolarda binanın tamamilə dağıdılması göstərilir, indi onu tanımaq sadəcə mümkün deyil.
Fələstin tərəfinin məlumatına görə, kilsədə dinc sakinlər gizlənib. Onlar hazırda binanın dağıntıları altında basdırılıb. Ümumilikdə 18 xristian fələstinlinin öldürüldüyü bildirilir.
Pərvanə Fərhadqızı












