Bu il 23-cü dəfə keçirilən Beynəlxalq Ölüdəniz Hava Oyunları Festivalı 3-cü gündə müxtəlif tədbirlərlə davam edib.
QHT.az xəbər verir ki, Muğlanın Fethiye rayonunda keçirilən 23-cü Beynəlxalq Ölüdəniz Hava Oyunları Festivalı şoularla davam edib. Fethiye Bələdiyyəsinin liderliyi və qeyri-hökumət təşkilatlarının dəstəyi ilə keçirilən festivalın üçüncü günündə bazadan tullanma (sərbəst düşmə), qanad paltarı (batman uçuşu) və akrobatika nümayişləri tamaşaçılara həyəcanlı anlar yaşatdı. Pilotların səmada həyata keçirdikləri nümayişlər hərəkət kameraları tərəfindən lentə alınıb.
Xatırladaq ki, festival oktyabrın 22-də başa çatacaq.
Pərvanə Fərhadqızı












