Əl-Cəzirə xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin son məlumatlarına görə, İsrailin Qəzza zolağına qarşı hücumları nəticəsində müharibə başlayandan bəri ən azı 19 667 nəfər həlak olub.
QHT.az xəbər verir ki, eyni zamanda yaralıların sayı 52 586 nəfərə çatıb. İsrailin Qəzzada apardığı müharibə 7700-dən çox uşağın ölümünə səbəb olub.
"Yalnız humanitar atəşkəsin təmin edə biləcəyi kifayət qədər təhlükəsiz su, qida və kanalizasiya olmasa, xəstəlik nəticəsində ölən uşaqların sayı bombardman nəticəsində ölən uşaqların sayından çox ola bilər" dedi UNICEF-in sözçüsü Ceyms Elder.
Pərvanə Fərhadqızı












