Sağ qalanların axtarışı fəlakət bölgəsində davam edən şaxtalar səbəbindən çətinləşir.

QHT.az xəbər verir ki, Çində gecə baş verən güclü zəlzələdən sonra axtarış-xilasetmə işləri davam edir. Təbii fəlakət nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb.

Zərər çəkmiş əyalətlərdən birində - Qansuda axtarış işləri artıq yekunlaşıb. Xilasedicilər 78 nəfəri sağ çıxara biliblər. İndi yerli hakimiyyət orqanlarının diqqəti qış yaxınlaşdığı üçün yaralıların müalicəsi və sakinlərin köçürülməsinə yönəlib.

Yenidənqurma işləri və sağ qalanların axtarışı hava şəraitinə görə çətinləşir. Zəlzələnin episentri ərazisində havanın temperaturu təxminən -15°-yə düşüb. Dağıntılar altında qalan insanlar -10° temperaturda belə hipotermiya riski ilə üzləşirlər. Belə şəraitdə yalnız 5-10 saat yaşamaq olar.

 

 Pərvanə Fərhadqızı