Rusiya prezidenti Vladimir Putin məktəblilərin dərs zamanı şəxsi mobil telefondan istifadəsini qadağan edən qanunu imzalayıb.

QHT.az xəbər verir ki, sənədə əsasən, telefonlardan yalnız tələbələrin və ya təhsil təşkilatının işçilərinin həyatı və ya sağlamlığı üçün təhlükə yarandıqda istifadə oluna bilər.

Dövlət Dumasının Təhsil Komitəsinin rəhbəri Olqa Kazakovanın bir qədər əvvəl qeyd etdiyi kimi, zərurət yaranarsa, məktəb cihazlarından şəxsi deyil, təhsil məqsədləri üçün istifadə olunacaq. O, həmçinin bildirib ki, qanun təhsil fəaliyyətləri xaricində, məsələn, fasilələr zamanı telefonlardan istifadəni məhdudlaşdırmır.

 

Pərvanə Fərhadqızı