İsveç hökuməti sahil mühafizə xidmətinə xidmətdə olan su skuterləri partiyasının Kiyevə təhvil verilməsini hazırlamağı tapşırıb. Onlar dərhal göndərilə bilər, hökumət ofisindən bildiriblər.
QHT.az xəbər verir ki, sahil mühafizə xidməti dekabrın 21-də bu su gəmilərini Ukraynaya təhvil verməyə hazır olduğunu bildirib. Bundan əvvəl Nazirlər Kabineti ona Ukrayna tərəfinə gəmilərin və digər avadanlıqların bağışlanması imkanlarını öyrənməyi tapşırmışdı.
Ukrayna üçün nəzərdə tutulan partiya doqquz skuterdən ibarətdir. Onların hamısının şəxsiyyəti müəyyənləşdirilib, İsveç Sahil Mühafizəsinin istifadə etdiyi avadanlıqlar sökülüb.
Pərvanə Fərhadqızı












