İtaliyanın Latsio bölgəsindəki Mezzano gölündə aparılan sualtı arxeoloji qazıntıların birinci mərhələsi başa çatıb.

QHT.az xəbər verir ki, Arxeoloqlar eramızdan əvvəl 1700–1150-ci illərə aid unikal qalaqlı yaşayış məskəni aşkarlayıblar. Çətin şəraitdə aparılan tədqiqat zamanı 600-dən çox taxta svay, həmçinin 25-dən çox tunc artefakt — fibulalar, baltalar, nizə ucları, oraq, sancaq və günəş simvolu olan cilov tapılıb.

Əşyalar gil təbəqəsi sayəsində mükəmməl vəziyyətdə qorunub saxlanılıb. Arxeoloqların fikrincə, bu tapıntılar yerli tunc istehsalının mövcudluğuna da dəlalət edir. Gələcək qazıntılar yaşayış məskəninin inkişaf mərhələlərinin daha dərindən araşdırılmasına yönəldiləcək.

 

R.İmanov