Körpünü ziyarət etmək üçün xüsusi ayaqqabılarınız olmalıdır və yüksəklikdən qorxmamalısınız.
QHT.az xəbər verir ki, İtaliyada yerləşən Ponte Tibetano Avropanın ən uzun piyada körpüsüdür. Yerdən 175 metr hündürlükdə olan körpü Viqa çayının iki sahilindəki Sellano və Montesanto kəndlərini birləşdirir. Uzunluğu təxminən 600 metrdir və keçmək üçün 30-45 dəqiqə vaxt tələb olunur. Körpü oyulmuş taxtalarla tikildiyi üçün dərənin döşəməsini görmək mümkündür və ürək zəifliyi olanlar üçün tövsiyə olunmur. İyundan noyabradək açıq olan körpüyə giriş 12 avrodur və xüsusi ayaqqabılar məcburidir. Ziyarətçilər təhlükəsizlik kəmərləri ilə təmin edilir. Tripadvisor-da 4,5 ulduzla yüksək reytinqə malikdir.
Pərvanə Fərhadqızı












