17 oktyabr 2025-ci il tarixində Uşaq Nevroloji Xəstəxanasında TƏBİB-in, Azərbaycan Uşaq Nevroloqları Assosiasiyasının, Pasiyent Təşkilatları İttifaqının və Düşen Əzələ Distrifiyasına Qarşı Mübarizə İctimai Birliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Düşen Gününə həsr olunmuş Elmi Beynəlxalq Konfrans keçiriləcək.

QHT.az xəbər verir ki, bu barədə məlumatı Hemofiliya Xəstələrinin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov bildirib. Onun sözlərinə görə, konfransın məqsədi həkimlər arasında təcrübə mübadiləsinin aparılması, xəstəliyin müasir müalicəsində beynəlxalq təcrübənin aşılanmasıdır:

"Konfransa yerli mütəxəssislərlə bərabər İstambulun Yeditepe Universitetinin Pediatri bölümünün Professoru Dr. Haluk Topaloğluda çıxışçılar içində yer almışdır və 18 oktyabr 2025-ci il tarixində həkimlərin Düşen əzələ distrofiyasından əziyyət çəkən uşaqların valideyinləri üçündə seminar keçiriləcək".