Kaliforniya əyalətində bir müddətdir təsirli olan və indiyə qədər 14 nəfərin ölümünə səbəb olan fırtına ölkənin ikinci ən sıx məskunlaşdığı Los Anceles şəhəri və şimaldakı Montecitonu təhdid edir.
QHT.az xəbərQeyri-adi güclü yağış Los-Anceles şəhərinin mərkəzində daşqınlara səbəb olub ki, bu da daim quraqlıq riski altındadır. Bəzi bölgələrdə avtomobillərin su altında qaldığı görülərkən, 8 milyon insanın yaşadığı bölgə üçün daşqın xəbərdarlığı da edilib.
Cennifer Aniston, Opra Uinfri və Ellen DeGeneres kimi məşhurlar evdən çıxarılma bildirişi alanlar arasındadır. Bir çox tanınmış şəxsin yaşadığı Montecitoda 5 il əvvəl torpaq sürüşməsi 23 nəfərin ölümünə səbəb olub.












