Kanadanın müdafiə naziri Anita Anand ilk Leopard 2 əsas döyüş tankının Polşaya gəldiyini açıqlayıb.
QHT.az xəbər verir ki, sosial media hesabından açıqlama verən Kanada müdafiə naziri Anand, “Ukraynaya hədiyyə etdiyimiz ilk Kanada Leopard 2 əsas döyüş tankı Polşaya gəldi. Müttəfiqlərimizlə yanaşı, biz yaxın vaxtlarda Ukrayna Silahlı Qüvvələrinə bu texnikadan istifadəni öyrədəcəyik. “Kanada Ukraynanı dəstəkləməyə davam edəcək.












