Türkiyənin Kahramanmaraş şəhərində baş verən zəlzələlərə görə həmrəylik nümayiş etdirmək üçün NATO-nun qərargahındakı bayraqlar yarıya endirilib.
QHT.az xəbər verir ki, NATO bayraqları yarıya endirilib
Belçikanın paytaxtı Brüsseldə NATO-nun qərargahı qarşısında 30 müttəfiq ölkənin bayraqları Türkiyə və türk xalqı ilə həmrəylik, zəlzələdə həyatını itirənlər üçün sabah axşama qədər ortada qalacaq.
Türkiyənin NATO-dakı Daimi Nümayəndəliyinin sosial mediada verdiyi açıqlamada “Bu mənalı və güclü həmrəylik mesajı ilə dünəndən bu yana ölkəmizə göndərdikləri yardıma görə müttəfiqlərimizə səmimi təşəkkür edirik” ifadəsi yer alıb.
NATO-nun sözçüsü Oana Lungesku da bildirib ki, NATO üzvü olan ölkələr zəlzələ bölgəsində köməyə ehtiyacı olanlara dəstək olmaq üçün yardım səylərini səfərbər ediblər.












