03 fevral 2024 tarixində ə Azərbaycan Həqiqətləri Uğrunda Koalisiyanın növbəti iclası keçirildi.
İclasda birinci məsələ 7 fevral 2024-cü il tarixində Respublikamızda keçiriləcək növbədənkənar Pezident Seçkilərində Koalisiyanın üzvlərinin fəal iştirakı müzakirə olundu. Bildirildi ki Koalisiya üzvlərinin hər biri müxtəlif seçki məntəqələrində müşahidəçi qismində iştirak edəcəklər. Onlar həmçinin qeyd etdilər ki, Azərbaycan demokratik seçkilər keçirməyə qadirdir və həmişə bütün seçki və referendumlar yüksək səviyyədə təşkil olunur. Bütün dünyaya məlumdur ki, Azərbaycan demokratik dəyərlərə, humanizm və ədalətlilk prinsiplərinə hər zaman sadiqdir.
Koalisiya üzvlərindən "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Biriliyinin sədri İradə Rizazadə QHT üzvlərinin, "Əlill Qadınlar Cəmiyyəti" İctimai Birliyinin sədri Məhluqə Qaramanlı isə bu seçkilərdə xüsusilə də əlilliyi olan şəxslərin fəal iştirakına dəvət edilməsini vurğuladılar.
Sonra Koalisiyanın 2024-cü il üçün Fəaliyyət planı və cari məsələlər geniş müzakirə edildi.












