“Sağlamlığa Xidmət” İctimai Birliyi “Azərbaycanda vərəmin təsirinə məruz qalmış insanlara qarşı stiqmanın qiymətləndirilməsi” tədqiqat layihəsini həyata keçirir.

QHT.az xəbər verir ki, layihə Səhiyyə Nazirliyinin İİV/QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Layihə Əlaqələndirmə Bürosu ilə birgə əməkdaşlığı əsasında icra olunacaq. Bu məqsədlə İdarəetmə Komitəsi formalaşdırılıb. Bu gün Komitə üzvləri ilə görüş keçirilib.

 

Pərvanə Fərhadqızı