“Turan Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Vətən qürbətə qalmaz” adlı layihəsinin icrası davam edir.

QHT.az xəbər verir ki, layihə başlanılıb və layihənin icra planına uyğun olaraq davam edir. Əməkdaşlıq üzrə qurumlarla müvafiq əmək müqavilələri bağlanılıb.

Layihə Qərbi Azərbaycan - indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus tarixi – mədəni irsimizə aid memarlıq abidələrinin tanıdılması və təbliğinə həsr olunub.

 

Pərvanə Fərhadqızı