Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verərkən ictimai nəzarətin gücləndirilməsi və onun institusional formatının işlənib hazırlanması ilə bağlı fikirləri ictimai sektor tərəfindən yüksək qiymətləndirilir. 

 

QHT.az xəbər verir ki, İctimai TV-nin “Diqqət Mərkəzi” verilişində korrupsiya meydançasını daraldacaq ictimai nəzarət mexanizmi mövzusunda müzakirə aparılıb.


Müzakirələrdə "Vətəndaş" İctimai Birliyinin rəhbəri və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, Açıq Hökumət Platformasının koordinatoru və Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev, Milli Məslisinin deputatı Sevil Mikayılova və Informasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə  iştirak edib.