Rusiyanın İranla geopolitik müttəfiqliyi hələ də sual olaraq qalır. Moskvanın Tehranla hərbi-texniki, siyasi əməkdaşlığı var. Amma bu nə qədər uzağa gedə bilər, bunu demək çətindir. İran həmişə öz bildiyini edir.
QHT.az bildirir ki, bu sözləri Axar.az-a rusiyalı tanınmış siyasi şərhçi Sergey Markov Rusiya-İran münasibətlərini şərh edərkən deyib.
“Azərbaycanla İran arasında olan mübahisələrdə Rusiya strateji baxımından Azərbaycana daha yaxındır. Əlbəttə, hər ikisini döst ölkə kimi görür və bu səbəbdən mübahisəli məsələrdə neytral mövqe sərgiləyir. Rusiyanın İranla münasibəti dostluq-müttəfiqlikdir, lakin Azərbaycanla əlaqələri dostluq-qardaşlıqdır”.












