Bu gün Laçın rayonu Sus kəndi ərazisində heyvan otaran çoban piyada əleyhinə minaya düşüb.

 

QHT.az bildirir ki,  bu barədə Axar.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, 2001-ci il təvəllüdlü Ramil Əzizov ayağından xəsarət alıb. O, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.

 

Araşdırma aparılır.