Bu gün yekun oxunuşda “Yol hərəkəti haqqında” qanuna Rusiyada qeydiyyatda olan avtomobillərin Latviyada qalmasına qadağa qoyan düzəlişlər təqdim olunub.
QHT.az xəbər verir ki, Qanun Rusiyada qeydiyyatda olan nəqliyyat vasitəsinin sahibinin 2024-cü il fevralın 14-dən gec olmayaraq nəqliyyat vasitəsini Latviyada qeydiyyatdan keçirməli və ya onu Latviya ərazisindən çıxarmalı olduğunu nəzərdə tutur. Bu tarixdən sonra Rusiyada qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinin Latviya nəqliyyatında istifadəsinə yalnız həmin şəxs Latviya ərazisindən tranzit keçdiyi halda icazə veriləcək. Rusiyada qeydiyyatda olan avtomobil Latviya ərazisindən yalnız bir dəfə tranzit keçə biləcək.
Əgər avtomobil Latviyada qeydiyyata alınmayıbsa və ya Latviyadan kənara çıxmırsa və onun icazəsiz istifadəsi aşkar edilərsə, avtomobil müsadirə olunacaq. Müsadirə edilən avtomobillərin Ukraynaya təhvil verilməsi planlaşdırılır.
Pərvanə Fərhadqızı












