“Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək”İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məcburi köçkün qadın icmalarında gender bərabərliyinin təmin olunması” adlı layihənin icrasına başlamışdır. 
 

16.03.2023-cü il saat 11.00 da tarixində Ağcabədi rayonunda Laçın Taxta körpü ərazisində Laçın icmasında    “Məcburi köçkün qadın icmalarında gender bərabərliyinin təmin olunması”adlı layihə çərçivəsində “Gender bərabərliyi və qadın Hüquqlarının təmin olunmasında icmaların rolu” mövzusunda dəyirmi masa keçirildi.Tədbiri giriş sözü ilə layihə rəhbəri Ətrabə Məmmədova açdı. O layihə və donor təşkilat haqda məlumat verdi.  
 

 Ekspert T.Dadaşov “Gender bərabərliyi və qadın Hüquqlarının təmin olunmasında icmaların rolu”mövzusunda ətraflı məlumat verdi. Daha sonra gender bərabərliyi, qadın hüquqları,məişət zorakılığı,erkən nigah,sosial hüquqlarla bağlı müzakirələr oldu.  Keçmiş məcburi köçkünlər müzakirələrdə fəal iştirak etdilər və  tədbirin keçirilməsini yüksək qiymətləndirdilər. 
 

      Psixoloq A.İmanova psixoloji zorakılığın mənfi təsirlərindən danışdı  və tövsiyələr verdi. "Travmaların yaranmasının bilavasitə kökündə psixoloji zorakılıq dayanır.Çalışın zorakılığa düçar olmayasınız. Mühüm olan özümüzü tanımaq və özümüzə dəyər verməkdir.”  
 İştirakçılardan  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək”İctimai Birliyinə təşəkkür etdilər.