Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına dövlət dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Şabran şəhər İcmasının İnkişafı üzrə Təlim və Resurs ictimai birlyi “Şabran rayonunda  məskunlaşmış Qərbi Azərbaycanlı soydaşlarımız arasında əzəli torpaqlarımıza  qayıdış  imkanlarının   təbliği” layihəsinin icrasını davam etdirir.

QHT.az xəbər verir ki, layihə rəhbəri Gülsənəm Əmrahovanın məlumatına əsasən, Qərbi Azərbaycanın qədim yurd yerlərimizdən deportasiya olunaraq Şabran rayonu ərazisində məskunlaşmış və 30 ildən artıq müddətdə məcburi köçkün vəziyyətində yaşayan ailələrdə  informativ görüşlərin təşkili, qayıdış imkanlarının artırılması, bu sahədə maddi və mənəvi hüquqlarının mövcudluğu, dövlət və vətəndaş cəmiyyəti mövqeyindən dəstək nümayiş etdirilməsi məqsədilə Şabran şəhəri ərazisində İskəndər İskəndərov, İsrafil İskəndərov və Nəsibə İbadovanın yaşadığı ünvanlarda  onların ailə üzvləri görüşlər təşkil edilib.

Tarixi ərazilərimizə qayıdışın gerçəkləşəcəyinin əminliyinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin "dəmir yumruq" sayəsində qazandırdığı parlaq Zəfərin  yaratdığını xüsusilə qeyd edən görüş iştirakçıları 30 il ərzində erməni vandallarının viranəyə çevirdiyi Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa, quruculuq işləri, o yerlərə doğma sakinlərinin qayıdışı bu inamı daha da gücləndirmişdir.dib

Qərbi Azərbaycandan olan soydaşlarımız da zorla qovulduqları, əcdadlarımızın min illər boyu yaşam sürdürdükləri dədə-baba yurdlarına qayıdacaqlar, illərlə çəkdikləri torpaq həsrətləri bitəcəkdir. Görüşdə Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndə müavini Rəşad Əmrahov iştirak edib.