Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Lənkəran Reabilitasiya Mərkəzinin əməkdaşları və benefesiarları üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi tərəfindən maarifləndirici tədbir təşkil olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən QHT.az-a verilən məlumata görə, tədbir əlilliyi olan şəxslərin fövqəladə hallar zamanı təhlükəsizliyinin təmin olunması istiqamətində maarifləndirmə işinin təşkili məqsədi daşıyıb.
Görüşdə müxtəlif fövqəladə hallar zamanı düzgün davranış qaydaları, təhlükəsizlik tədbirləri və fövqəladə vəziyyətlərə hazırlığın əhəmiyyətindən danışılıb. Həmçinin yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı təxliyə qaydalarına riayət edilməsi, təlaşa yol vermədən düzgün qərar qəbul edilməsi ilə bağlı tövsiyələr verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






