Bu gün "Yuvenal ədliyyə üzrə beynəlxalq standartlar və BMT Uşaq hüquqları Komitəsinin 2023-cü il tövsiyələri" mövzusunda Masallı şəhərində dəyirmi masa müzakirəsi təşkil olunub.
QHT.az xəbər verir ki, “Hüquqi Təhlil və Araşdırma” İctimai Birliyinin sədri Ramil İskəndərli bildirib ki, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Cənub regional nümayəndəsinin, Masallı və Cəlilabad rayonu yerli icra, hüquq-mühafizə, vəkillik, mediasiya, miqrasiya, QHT-lər və sosial orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbir Avropa İttifaqı və BMT İnsan Hüquqları üzrə Ali Komissarlığının dəstəyi ilə təşkil olunub.
Qeyd edək ki, mövzu üzrə maraqlı və səmimi diskussiyalar aparılıb və təkliflər səslənib.
Pərvanə Fərhadqızı












