Xeyirxahlığı, insanlığı ehtiva edən tədbir

 

Masallıda umumrayon qanvermə aksiyası keçirilib.
Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının, Masallı Rayon Mərkəzi Rayon Xəstəxanası PHŞ-nin təşkilatçılığı ilə gerçəkləşən nəcib aksiya qan xəstəliklərindən əziyyət çəkən insanlara, o cümlədən talassemiyyalı və hemofiliyalı xəstələrə dəstək məqsədi daşıyır. 
Rayon Mərkəzi Xəstəxanasındakı könüllü qanvermə aksiyasına Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların əməkdaşları, eləcə də rayon sakinləri qoşulublar.
Həkim-hemotoloqlar tərəfindən donorların sağlamlığı müəyyən olunub, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib.
İştirakçılar bu cür xeyriyyə tədbirlərinin keçirilməsini təqdirəlayiq hesab edərək, təşkilatçılara minnətdarlıq bildiriblər.

 

Akif AĞAYEV