Oktyabrın 13-də Azərbaycan Universiteti ilə Mediasiya Şurası arasında səmərəli əməkdaşlığın nəticəsi olaraq Azərbaycan Universitetinin tələbələri ilə görüş keçirilib.
QHT.az xəbər verir ki, Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının müdiri Nigar Şahhüseynbəyova ölkəmizdə aparılan mediasiya islahatları barədə danışıb, Mediasiya Şurası və Azərbaycan Universiteti arasında olan əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Tədbir iştirakçılarına Mediasiya Şurası tərəfindən nəşr edilmiş maarifləndirici materiallar təqdim edilib. Mediasiya Şurasını Bakı 15 saylı Mediasiya təşkilatı təmsil edib. Bakı 15 saylı mediasiya təşkilatının rəhbəri Qasım Şalıyev tələbələrlə Mediasiya ilə bağlı maarifləndirici çıxışlar edib və günümüzdə Mediasiyanın rolu və əhəmiyyəti müzakirə olunub, tələbələrlə müxtəlif kazuslar müzakirə edilib və tələbələri maraqlandıran suallar cavablandırılıb.
Pərvanə Fərhadqızı












