Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında, Akademiya tərəfindən keçirilən “Mediatorların ixtisasartırma kursu”nu müvəffəqiyyətlə bitirmiş mediatorlara sertifikatlar təqdim olunub.
QHT.az xəbər verir ki, Sertifikatvermə mərasimində Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov iştirak edib. Çıxış edən Nadir Adilov mediasiya sahəsində bu ilin 1-ci yarısında qurulan əməkdaşlıqlardan və il ərzində görülməsi planlanan işlərdən söz açıb. Ədliyyə Akdemiyasının prorektoru Elçin Xələfov isə çıxış edərək mediatorlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Pərvanə Fərhadqızı












