Avqustun 7-də 2023-2024-cü tədris ili üzrə şagird yerdəyişməsinə start veriləcək. Proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək. 

 

Yerdəyişmə 2-9 və 11-ci siniflər üçün 7 avqust saat 15:00, 10-cu siniflər üçün isə 14 avqust saat 15:00-dan aktivləşdiriləcək.

 

Valideynlər üçün sy.edu.az elektron sistemində ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 31 avqust saat 18:00-a qədər davam edəcək.

Valideynlər 5 sentyabr saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.

 Qeyd edək ki, aşağıda adları qeyd olunmuş ümumi təhsil müəssisələrinin 2-9-cu siniflərində yaranmış vakant yerlərə şagird yerdəyişməsi imtahanla aparılır. İmtahana qeydiyyat sy.edu.az elektron sistemi vasitəsilə aparılacaq. Qeydiyyat 7 avqust saat 15:00-dan 14 avqust saat 18:00-a qədər aktiv olacaq. İmtahanlar ibtidai siniflər üzrə 17 avqust, 5-9-cu siniflər üzrə isə 18 avqust tarixində keçiriləcək. 

 İmtahanla yerdəyişmə aparılan ümumi təhsil müəssisələrinin siyahısı:

 Heydər Əliyev adına lisey;

T.İsmayılov adına 6 nömrəli məktəb-lisey;

 132-134 nömrəli təhsil kompleksi;

T.Həsənov adına 23 nömrəli tam orta məktəb;

İlyas Əfəndiyev adına Elitar gimnaziya;

 İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyi;

Zəngi liseyi;

Bakı Avropa liseyi;

“Ankara məktəbi” məktəb-lisey;

 Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi;

 Bülbül adına orta ixtisas musiqi məktəbi;

 Humanitar fənlər təmayüllü məktəb-lisey.