“YARAT” Təhsil və Karyera Mərkəzində tədris ilinin ilk toplantısı təşkil edilib.
Bu barədə mərkəzin direktoru Ziya Rzayev QHT.az- a bildirib ki, toplantıda tədris ilinin yekunu və nəticələri müzakirə edilib, qarşıya qoyulmuş iş planı haqqında danışılıb.
Qeyd edək ki, “YARAT” Təhsil və Karyera Mərkəzi 21 may 2021-ci il tarixində Azərbaycan Respublikası Kiçik və Orta Biznesə Dəstək Agentliyinin dəstəyi ilə təsis və təsdiq edilmişdir. Mərkəz abituriyent hazırlığı, komputer və danışıq klubu kimi fəaliyyətlərlə xidmət göstərəcək. Mərkəzdə xüsusi ilə şəhid övladları və həssas ailə qruplarına daxil olan ailələrin övladları tam ödənişsiz təhsil alacaqlar.
Pərvanə Fərhadqızı












