Meksikanın Sonora ştatında bir tərəfə silahlı basqın nəticəsində 6 nəfər ölüb, 4-ü ağır olmaqla 26 nəfər yaralanıb. Ölənlərdən ikisinin 18 yaşdan kiçik, yaralananlardan 5-nin isə uşaq olduğu bildirilib.

QHT.az xəbər verir ki, Meksikanın şimalındakı Sonora ştatının Syudad Obreqon şəhərində silahlı şəxslər şənliyə hücum ediblər. Hücum nəticəsində 6 nəfər ölüb, 4-ü ağır olmaqla 26 nəfər yaralanıb. Ölənlərdən ikisinin 18 yaşdan kiçik, yaralananlardan 5-nin isə uşaq olduğu bildirilib.

Prokurorluqdan verilən açıqlamada qətl və digər ittihamlarla axtarışda olan bir kartel üzvünün hücumda hədəf alınaraq öldürüldüyü bildirilib. Hücum edənlərin qaçdığı bildirilib.

 

Pərvanə Fərhadqızı