ABŞ-ın keçmiş prezidenti Donald Tramp Amerika dövlətinin hazırkı rəhbəri Co Baydeni fırıldaqçı, əclaf və “pis adam” hesab edir. Onun sözlərinə görə, Baydenin yenidən ABŞ prezidentliyinə namizəd olacağına inanmaq çətindir.

QHT.az xəbər verir ki, Tramp bildirib ki, o, fırıldaqçıdır, əclafdır, pis adamdır: “Oğlan danışa bilmir. Oğlan iki cümləni birləşdirə bilmir. Ona görə də düşündüyüm budur: onun namizəd olacağına inana bilmirəm”.

Əvvəllər bildirilirdi ki, 2024-cü ildə ABŞ seçkiləri “ABŞ tarixində ən iyrənc seçki” ola bilər, çünki Tramp gələn il ona qarşı siyasi ittihamları Bayden cinayət ailəsi tərəfindən siyasi təqib kimi təqdim edəcək.

 

Pərvanə Fərhadqızı