Argentinanın yeni prezidenti Xavyer Mayli ölkənin BRİKS dövlətlərarası alyansdakı üzvlüyündən rəsmən imtina edib.

QHT.az xəbər verir ki, Braziliya prezidenti Lula da Silva, Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa, Çin lideri Si Cinpinə, Rusiya diktatoru Putinə və Hindistanın baş naziri Narendra Modiyə göndərilən məktubu CNNE yayımlayıb. Orada deyilir ki, yeni administrasiyanın xarici siyasət kursu əvvəlkindən fərqlidir.

"Əvvəlki administrasiyanın qəbul etdiyi bəzi qərarlara yenidən baxılacaq. Onların arasında prezident Alberto Fernandezin 4 sentyabr tarixli məktubunda qeyd etdiyi kimi, ölkənin BRİKS-də fəal iştirakı üçün ixtisaslaşdırılmış bölmənin yaradılması da var", - prezident yazıb.

Eyni zamanda, Argentina hökuməti hər bir ölkə ilə ikitərəfli əlaqələri intensivləşdirməyə hazır olduğunu yazır və “ticarət və investisiya axınının artmasını” vurğulayır.