Polşanın şərqində səmada 1-2 metr uzunluğunda qara obyekt şahidlər tərəfindən fərq edilib.
QHT.az xəbər verir ki, bundan əvvəl Polşa Silahlı Qüvvələrinin operativ komandanlığı bildirib ki, naməlum hava obyekti Ukrayna tərəfdən Polşanın hava məkanına daxil olub, onu hava hücumundan müdafiə vasitələri müşayiət edib, sonra isə radarlardan itib.
“Əvvəlcə həyəcan siqnalı var idi, telefonlar zəng çalırdı. Bağ sahibi təyyarənin altından, alçaqdan uçan, təxminən bir-iki metr uzunluğunda qara bir obyektdən danışdı. Yerimizə düşməsi ilə bağlı məlumatımız yoxdur. Mən xidmətlərlə əlaqə saxlayıram. Səhər saat yeddi radələrində yüksək səs eşitdik. Bir şey uçdu və tarlalara tərəf getdi”, yerli sakin qeyd etdi. Polşa prezidenti Anjey Duda ölkənin hava məkanının pozulmasından sonra hərbi rəhbərliklə təcili iclas çağırıb.












