Merkuri 4,5 milyard ildə 5 km-ə yaxın kiçilib.
QHT.az xəbər verir ki, alimlər Günəşə ən yaxın planet olan Merkurinin soyuma nəticəsində 4,5 milyard il ərzində radiusunun 2,7–5,6 km azaldığını müəyyənləşdiriblər. ABŞ-ın Corciya Universitetindən geoloqlar Stefan Loveless və Kristian Klimçak tərəfindən işlənən yeni metodologiya, planetin səthindəki ən böyük tektonik çatların təhlilinə əsaslanır.
Tədqiqat əvvəlki təxminlərin diapazonunu daraldaraq, Merkurinin geoloji təkamülü və daxili quruluşu haqqında daha dəqiq məlumat verir. Bu yanaşma Mars və Ay kimi digər göy cisimlərinin öyrənilməsinə də tətbiq oluna bilər. MESSENGER və gələcək BepiColombo missiyaları sayəsində alimlər, planetin səthi və daxili haqqında daha çox məlumat əldə etməyi planlaşdırır.
R.İmanov












