Mərkəzi Bank xüsusi tənzimləmə rejiminin ilk mərhələsi üzrə sınaq dövrünü tamamlayıb.
QHT.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov məlumat verib. Onun sözlərinə görə, 4 innovativ məhsuldan 2-si – kriptovalyuta əməliyyatlarını təhlükəsiz və şəffaf icra edən “m10” tətbiqinin “Binance” platformasına inteqrasiyası və “kriptobroker platforması” – uğurlu hesab olunub:
"Bu layihələr istifadəçilərə kripto aktivlərin asan alqı-satqısı, saxlanılması və cüzdan əməliyyatlarını həyata keçirməyə imkan verəcək. Məqsəd həm də normativ-hüquqi bazanı formalaşdırmaqdır. Mərkəzi Bank 2019-cu ildən blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sistemi üzərində işləyir ki, bu da gələcəkdə Azərbaycanda kriptovalyutaların istifadəsinə şərait yarada bilər".
Pərvanə Fərhadqızı












