13 noyabr 2021-ci il tarixdə zoom üzərində  Milli Hematologiya və Trasfuziologiya Mərkəzi və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının təşkilatçılığı ilə növbəti vebinar təşkil edilib. 

 

QHT.az xəbər verir ki, Vebinarın məruzəçisi Litva Hemofiliya Assosiasiyasının idarə heyətinin üzvü Ramunas Tiskevicius oldu. Ramunas Litvada olan ağır hemofiliyanın və inhibitorun müasir üsulla müalicəsinə dair təqdimatla çıxış etdi. O qeyd etdi ki,  2019 -cu ilədək Litva hökumətinin büdcəsi hesabına 1 il ərzində 3mln 500 min avro dəyərində müalicə aldığına baxmayaraq,  Ramunosun səhhətində müxtəlif lokalizasiyalı qanaxmalar müşahidə olunurdu. Lakin müasir dərman preparatı  Emicizumab vasitəsi ilə müalucə  ağır hemofiliyalı insanların tam sağlam həyatına səbəb oldu. 

 

 

Vebinarın moderatoru Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov müasir müalicəyə nail olmaq üçün 2020-ci ildən başlayaraq Assosiasiyanın fəaliyyəti haqda ətraflı məlumat verdi. Respublika Klinik Xəstəxanasının hematologiya şöbəsinin müdiri Naidə Hüseynzadə hemofiliyalı pasientlərin statistikasını təqdim edərək gözləntilər barədə söz açdı. 

 

Sonda müasir müalicənin tətbiqi zamanı həyat keyfiiyyətinin  nə dərəcədə müsbətə doğru dəyişdiyi iştirakçılara  təqdim olaraq vebinar  sual cavab ilə yekunlaşdı.