Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) Gəncə İş Adamları İctimai Birliyi ilə görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Gəncə İş Adamları İctimai Birliyinin İdarə Heyətinin sədri Zəfər Məmmədov və İdarə Heyətinin üzvü Camid Mövsümov iştirak edib.
QHT.az ASK-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüş zamanı Gəncə İş Adamları İctimai Birliyinin 2022-ci ilin altı ayı üçün nəzərdə tutulan biznes-forumları, regionlarda sahibkarlığın inkişafını dəstəkləyən layihələri müzakirə edilib.
Sonda Azərbaycan Sahibkarlar Konfederasiyasının regional biznes-forumlarında birgə fəaliyyət göstərmək barədə razılıq əldə edilib












