Martın 30-da Milli Kino Mərkəzi, "QÜRUR" şəhid ailələri xeyriyyə ictimai birliyi, Yasamal rayonun Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Milli Qəhrəman Səfiyar Behbudova həsr edilmiş"SƏHİDİ YAD EDƏK,RUHUNU ŞAD EDƏK" adlı tədbir keçirilib.

 

 

Tədbirin sonuna qədər öz əməkdaşları ilə birlikdə iştirak edən, Yasamal rayonun  İcra hakimiyyətinin başçısı, vətənpərvər insan Elşad Həsənova öz dərin minnətdarlığımızı bildirirəm.

 

Tədbirdə Mədəniyyət Nazirliyinin xəttiylə"Salnamə "Studiyasında Musazadə Kəmalə Mehralının MİLLİ QƏHRƏMAN SƏFİYAR BEHBUDOV haqqında çəkdiyi"QƏHRƏMANLIQ ZİRVƏSİ" sənədli filmi nümayiş etdirildi. Tədbirdə iştirak edən, şəhidin ailə üzvlərinə,döyüş dostalrına, şəhid ailələrinə,müharibə veteranlarına, qazilərə, ziyalılara, QHT rəhbərlərinə və  Media nümayəndələrinə , xüsulilə də tədbirin sonunadək əziyyətimizi çəkən REAL TV nin müxbiri Fəridə xanım və operatoruna, ATA TV az. saytının rəhbəri Rasafil müəllimə və bütün tədbir iştirakçılarına  öz dərin minnətdarlığımızı bildirirəm. Var olasınız deyirəm

 

Naibə Behbudova

"QÜRUR" şəhid ailələri xeyriyyə ictimai birliyinin sədri