Şabran şəhər İcmasının İnkişafı üzrə Təlim və Resurs ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Şəhidlərimiz bizim qürurumuz və iftixarımızdır  – Şabran rayonun 44-günlük Vətən Müharibəsi şəhidlərinin əziz və unudulmaz xatirəsinin yad edilməsi, ailələrinin ziyarət olunması və onlara maddi və mənəvi dəstək nümayiş etdirilməsi” layihəsini həyata keçirir. 

 

     Layihə çərçivəsində Şabran rayonundan olan 29   şəhidin xatirə guşələri və məzarları önünə gül-çiçək dəstələri qoyulmuşdur. 

     29-şəhid ailəsi ziyarət edilərək, şəhid olmuş övladlarının keçdiyi həyat və rəşadətli döyüş yolu barədə onlarla qarşılıqlı fikir mübadiləsi aparılmış, övladlarının vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyünün qorunması kimi müqəddəs amal uğrunda şücaət və qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmaları ilə qürur və iftixar hissi duymaları fikri aşılanmış, mənəvi təskinlik verilmişdir.

 

     Şəhid ailələri ilə ziyarıt və görüş əsnasında hər bir şəhid ailəsinə hədiyyə olaraq bir ədəd xalça, həmçinin layihənin mövzusuna dair bukletlər təqdim edilmişdir.

     Layihənin həyata keçirilməsi rayon rəhbərliyi və ictimaiyyəti tərəfindən razılıq hissi ilə qarşılanmış dövlətimizin şəhid ailələrinin həyatı və sosial problemlərinin diqqətdə saxlanılmasının təzahürü kimi dəyərləndirilmişdir.