"Ailə və Uşaqlara Sosial Dəstək" İctimai Birliyinin rəhbəri Elnurə Abuşova QHT.az-ın suallarını cavablandırıb. Müsahibədə miqrant ailələrinin psixoloji çətinlikləri, onların hüquqlarının qorunması üçün görülən tədbirlər və uşaqların təhsil imkanlarının artırılması yolları barədə danışılıb.

 

QHT.az: Miqrant ailələrinin psixoloji problemləri ilə bağlı hansı əsas çətinlikləri müşahidə edirsiniz?

Elnurə Abuşova: Azərbaycanda miqrant ailələrinin əsas çətinlikləri dil maneəsi, mədəni adaptasiya, iqtisadi problemlər zəifliyi və psixoloji problemlərlə bağlıdır. "Təhsil və səhiyyə xidmətlərinə çıxışın məhdud olması, hüquqi məsələlər, o cümlədən sənədləşmə proseslərinin çətinliyi miqrant ailələrinin hüquqlarının qorunmasını və lazımi xidmətlərdən yararlanmasını əngəlləyir.

 

QHT.az: Miqrant ailələrinin hüquqlarının qorunması və cəmiyyətə inteqrasiyası üçün dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq necə qurulur?

Elnurə Abuşova:  Miqrant ailələrinin hüquqlarının qorunması və cəmiyyətə inteqrasiyası üçün dövlət qurumları ilə QHT-lər arasında əməkdaşlıq mühüm rol oynayır. Dövlət Miqrasiya Xidməti miqrantların qeydiyyatı, icazələrinin verilməsi və hüquqlarının qorunması ilə məşğul olduğu halda, QHT-lər hüquqi məsləhət xidmətləri, sənədləşmə dəstəyi və maarifləndirici tədbirlər təşkil edir. Bundan başqa psixoloji dəstək və maddi yardımlar da bu əməkdaşlığın bir hissəsidir. Əmək bazarına inteqrasiya və beynəlxalq əməkdaşlıq da miqrant ailələrinin vəziyyətini yaxşılaşdırmaq üçün mühüm istiqamətlərdir.

 

QHT.az: Miqrant uşaqların cəmiyyətə inteqrasiyası və bərabər təhsil imkanlarının təmin olunması üçün hansı təşəbbüsləri irəli sürülə bilər?

Elnurə Abuşova: Miqrant uşaqların inteqrasiyası və təhsil imkanlarının genişləndirilməsi üçün dil və təhsil dəstəyi, psixoloji dəstək, müəllimlər üçün xüsusi proqramlar və onların təhsil hüquqlarının qorunması əsas prioritetlərdir. Texnoloji və rəqəmsal dəstəyin təmin edilməsi, icma mərkəzlərinin yaradılması və beynəlxalq təcrübələrin tətbiqi də bu istiqamətdə faydalı olacaq. Xüsusilə BMT və UNICEF kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq bu prosesə böyük töhfə verə bilər. Bu təşəbbüslər həm miqrant uşaqların təhsil hüquqlarını qoruyacaq, həm də onların cəmiyyətə uğurla inteqrasiya olunmasını təmin edəcək.


QHT.az: Elnurə xanım QHT.az-a geniş və dəyərli məlumatlar təqdim etdiyiniz üçün təşəkkür edirik.

 

Pərvanə Fərhadqızı

QHT.az