Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi İctimai Birliyinin “Regionlarda müharibədən zərər çəkmiş şəxslərin sosial xidmətlərə əlçatanlığının təmini və onlara sosial- psixoloji reabilitasiya xidmətlərinin təşkili” adlı layihəsinin icrası davam etdirilir.
QHT.az xəbər verir ki, Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunur. İşlər davam etdirilir, aidiyyəti qurumlarla əməkdaşlıq edilir, müvafiq müqavilələr bağlanılır.
Ağstafa və Tovuz rayonlarında müharibədən zərər çəkmiş şəxslərə müxtəlif testlər, metodlar və terapiyalar vasitəsi ilə psixoloji reabilitasiya xidmətinin təşkili, müharibədən zərər cəkmiş şəxslərin sosial problemlərinin sosial işçilər tərəfindən öyrənilməsi, təhlil edilməsi, qiymətləndirilməsi və onların müxtəlif sosial xidmətlərə yönəldilməsi, layihə həyata keçirilən ərazilərdə sosial xidmət və sosial iş sahəsində müharibədən zərər çəkmiş şəxslərə işləyənlərin bilik və bacarıqların artırılması üçün maarifləndirici tədbirin təşkil edilməsi, benefsiarların sosial-psixoloji və sosial xidmət ehtiyaclarının öyrənilməsi və həmin ehtiyaclardan irəli gələn problemlərin müvafiq dövlət orqanları qarşısında qaldırılması nəzərdə tutulur.
Pərvanə Fərhadqızı












