ABŞ Aviasiya və Kosmik Agentliyi (NASA) Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra "FINDER" adlı texnologiyanın Türkiyədə də istifadə edildiyini açıqlayıb.

QHT.az xəbər verir ki, sözügedən texnologiya dağıntılar altında olan insanların nəfəs almasını və ya ürək döyüntülərini aşkar edə bilir.
ABŞ Aviasiya və Kosmik Agentliyi (NASA) bu gün rəsmi Twitter hesabından dağıntılar altında insanların tapılmasına kömək etmək üçün inkişaf etdirdiyi "FINDER" adlı texnologiyanın Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra Türkiyədə də istifadə edildiyini açıqlayıb.

Sözügedən cihazların Florida mərkəzli təhlükəsizlik texnologiyası şirkəti SpecOps tərəfindən Türkiyədəki xilasetmə qruplarına göndərildiyi öyrənilib.